Fransanın dövlət borcu rekord həddə çatıb | Banco.az

Fransanın dövlət borcu rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Fransanın dövlət borcu respublika tarixində rekord yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Fransua Bayru məlumat verib.

“Fransanın tarixi boyu heç vaxt bu qədər böyük borcu olmamışdı. Borc Fransanın üstündən “Damokl qılıncı” kimi asılıb”, - nazir Milli Assambleyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti Emmanuel Makronun dövründə borc 12% artıb. Bayru qeyd edib ki, xarici borcun azaldılmasına başlamaq lazımdır.

Bundan əvvəl “Le Monde” qəzeti Fransanın dövlət borcunun 3,3 trilyon avroya çatdığını, bu da ÜDM-in 113,7%-ni təşkil etdiyini bildirmişdi. 2003-cü ildə respublikanın borcunun həcmi 1 trilyon avroya yaxın olub.