Müəllif: Gülnar Əhmədli, Banco.az
Fransadan fiziki şəxslər tərəfindən 2025-ci ildə Azərbaycana 26 milyon 624 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (14 milyon 837 min dollar) çoxdur. 2024-cü ildə bu məbləğ 11 milyon 787 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Fransadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ildəki 1,1%-dən 2,3%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
