Fransada inflyasiya rekordunu yeniləyib | Banco.az

Fransada inflyasiya rekordunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada inflyasiya yenidən rekord səviyyədədir.

Banco.az xəbər verir ki, noyabr ayında Fransada inflyasiya digər Avrozona ölkələrindəki yavaşlamaya baxmayaraq, proqnozlardan fərqli olaraq rekord səviyyədə qalıb.

Fransanın “Insee” statistika bürosunun bugün dərc etdiyi məlumata görə, Avrozonanın ikinci böyük iqtisadiyyatında istehlak qiymətləri illik müqayisədə 7,1 faiz artıb. Ekspertlər isə 7 faiz artım olacağını gözləyirdilər.

Qeyd edək ki, sözügedən dövrdə ölkədə qida və sənaye mallarının qiyməti sürətlə artsa da, enerji xərcləri nisbətən azalmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram