Fransada inflyasiya ötən 10 ilin maksimumuna çatdı | Banco.az

Fransada inflyasiya ötən 10 ilin maksimumuna çatdı

Tamara Mustafayeva, Banco.az

Fransada inflyasiya ötən 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avrozonanın ikinci ən böyük iqtisadiyyatına ev sahibliyi edən Fransada sentyabr ayı üzrə inflyasiya göstəricisi enerji və xidmət sektorunda xərclərin artması səbəbindən ötən 10 ilin maksimumuna yüksəlib.

Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkədə İstehlakçı Qiymət İndeksi aylıq əsasda 0,2% geriləsə də, illik əsasda 2,4%-dən 2,7%-ə qalxıb. Bu, 2011-ci ilin dekabr ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

Bloomberg anketində iştirak edən ekspertlərin median proqnozu isə illik əsasda 2,8% artımı işarə edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, əksər Avropa ölkəsində olduğu kimi, Fransada da elektrik enerjisinin qiymətində müşahidə edilən bahalaşma inflyasiya göstəricisinin artmasına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et