Fransada inflyasiya 1,7%-ə yüksəlib | Banco.az

Fransada inflyasiya 1,7%-ə yüksəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri noyabr ayında illik müqayisədə 1,7% artıb.

Banco.az xəbər verir ki, bu barədə “Insee” Milli Statistika İdarəsinin ilkin məlumatları təqdim edən hesabatında deyilir.

Beləliklə, qiymətlərin 1,6% artdığı oktyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib.

Ən sərfəli kredit üçün müraciət et

“Trading Economics” tərəfindən hazırlanmış analitik konsensus proqnozu həmçinin 1,7%-ə qədər sürətlənməni nəzərdə tuturdu.

Oktyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb.

Fransız standartlarına görə hesablanan qiymətlər noyabrda illik müqayisədə 1,3% artıb və aylıq 0,1% ucuzlaşıb. Bir ay əvvəl Fransa standartları üzrə hesablanmış istehlak qiymətləri illik müqayisədə 1,2%, aylıq müqayisədə isə 0,3% artıb.