Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa Mərkəzi Bankının sədri Villerua istefa verib.
Banco.az xəbər verir ki, Fransa Mərkəzi Bankının sədri Fransua Villerua de Qalo 1 iyun 2026-cı il tarixində vəzifəsindən ayrılacaq.
Villeruanın səlahiyyət müddəti, adətən, prezident və ümumi seçkilərdən sonra — 2027-ci ilin oktyabr ayında başa çatmalı idi.
Eyni zamanda “Avropa Mərkəzi Bankı”nın (ECB) İdarə Heyətinin üzvü olan Villerua verdiyi açıqlamalarda problemli gənclərlə işləyən bir fonddan gələn təklifi geri çevirə bilmədiyini və istefa qərarının tamamilə “şəxsi” xarakter daşıdığını bildirib.
Mətbuat üçün yayımlanan bəyanatında o, belə deyib:
“İkinci səlahiyyət müddətimizin başa çatmasına bir ildən bir qədər artıq vaxt qalmış hesab edirəm ki, missiyamın əsas mahiyyətini həyata keçirmiş olacağam.”
“Fransa Mərkəzi Bankı”nın əməkdaşlarına ayrıca məktub ünvanlayan Villerua bu qərarın onlar üçün gözlənilməz ola biləcəyini də qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
