Foreks bazarlarında dolların ucuzlaşması daha da sürətlənir, neft və qızıl qiymətlərində bahalaşma isə investorlar üçün əsl hədiyyə oldu.
Beynəlxalq birjalarda dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqdadır. Belə ki, EUR/USD və GBP/USD məzənnələri artıq yenidən 1.11 və 1.30$-ın üzərində ticarət edilirlər. Təhlillərə əsasən, avro 1.12, funt sterlinq isə 1.31$-a kimi bahalaşa bilər.
Neft və qızıl qiymətlərində “atəşfəşanlıq”.
Əmtəə birjalarında da neft və qızıl qiymətləri dəyər qazanmaqda davam edir. 1513$-a ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1535$, 68$-a təklif edilən bir barel üzrə Avropanın Brent neftinin qiyməti isə 71$-a kimi bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatlarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.