Beynəlxalq valyuta birjalarında dollarda ucuzlaşma başlayıb və bazar ertəsinin minimum səviyyələrinə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrinin ucuzlaşmağa başladığı müşahidə edilir.
Təqribən son iki ilin maksimum səviyyələrində ticarət edilən dolların qiymətləri, cümə axşamının maksimum səviyyələri altında qalarsa, cari həftənin minimum səviyyələrinə kimi 1% ucuzlaşa bilər.
Dolların ucuzlaşması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına təsir edib və bir unsiya üzrə qiymət 1293$-ın üzərində möhkəmlənərsə, 1298$-a kimi də dəyər qazana bilər.
İnvestAz