“Ford”un pilotsuz avtomobilləri pizza daşıyacaq | Banco.az

“Ford”un pilotsuz avtomobilləri pizza daşıyacaq

“Domino’s Pizza” şirkəti və “Ford” avtomobil şirkəti pilotsuz avtomobillər vasitəsili pizzaların ünvanlara çatdırılmasının sınaqlarına başlamağı planlaşdırırlar.
 
İKT.lent.az-ın məlumatına görə, təcrübə ABŞ-ın Miçiqan ştatının Enn-Arbor şəhərində baş tutacaq.
 
“Reuters” xəbər verir ki, pizzaları avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş “Ford Fusion Hybrid” avtomobilləri çatdıracaq. Ancaq bununla belə, hər ehtimala qarşı avtomobilin sükan arxasında sürücü olacaq. 
 
Pilotsuz avtomobillərin hərəkəti GPS vasitəsilə izlənəcək. Sifariş çatdırıldıqda müştərilər pizzanı avtomobildən necə çıxarmaqla bağlı instruksiya alacaqlar.
 
Xatırladaq ki, “Domino’s Pizza” şirkəti artıq pilotsuz dronlar  vasitəsilə Yeni Zellandiyada pizzaların çatdırılmasını həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et