Ford yeni elektrik avtomobilini Instagram-dan təqdim etdi | Banco.az

Ford yeni elektrik avtomobilini Instagram-dan təqdim etdi

Tamara Mustafayeva, Banco.az

Tanınmış firmalar pandemiya dövründə insanlarla məsafədən daha yaxşı əlaqə yaratmaq və daha aşağı büdcəli marketinq kampaniyaları həyata keçirməklə daha çox insana çatmaq üçün müxrəlif yollar axtarırlar.

Artırılmış gerçəklik kimi texnologiyalardan istifadə etmək də öz növbəsində əhatə dairəsini genişləndirməyin bir yolu kimi görünür. Bu vaxtadək bir çox markanın istifadə etdiyi artırılmış gerçəklik texnologiyası bu dəfə də Ford şirkətinin yeni kampaniyasında özünü göstərib.

Amerikanın transmilli avtomobil istehsalçısı Ford yeni kampaniyasında artırılmış gerçəklik texnologiyasından istifadə etməklə insanları rahat evlərində oturaraq Mustang Mach-E elektromobilini kəşf etməyə çağırır. Avtomobil nəhəngi Mustang modelini artırılmış gerçəklik texnologiyasından istifadə etməklə 10 qısa Instagram hekayəsi ilə təqdim edib.

Link-ə keçid ədərək video-ya baxa bilərsiniz: https://bit.ly/3ixW6uE

BBDO reklam agentliyi tərəfindən hazırlanan "Expert in 0-60" adlı kampaniya ilə Instagram istifadəçiləri tətbiqin artırılmış gerçəklik funksiyasının köməyi ilə arzu etdikləri kimi Instagram efektlərini yoxlaya və yeni elektromobil haqqında məlumat əldə edə bilirlər. Sözügedən hekayələrdə rəqəmsal bələdçi istifadəçilərə avtomobillə bağlı məlumatlar verir. Eyni zamanda istifadəçilər avtomobilin salonunu və xarici görünüşünü müxtəlif baxış bucaqlarından kəşf etmək imkanı əldə edirlər. 

Ən sərfəli kredit üçün müraciət et

Ford şirkətinin Instagram vasitəsilə təqdim etdiyi yeni elektrik avtomobilini bu ilin sonlarına doğru satışa çıxaracağı proqnozlaşdırılır.

Həmçinin oxu: İki böyük avtomobil şirkəti güclərini birləşdirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et