Tamara Mustafayeva, Banco.az
Amerikanın transmilli avtomobil istehsalçısı Ford və Almaniyanın avtomobil nəhəngi Volkswagen elektrikli, ticari və sürücüsüz avtomobillərin istehsalı üçün əməkdaşlıq edəcək.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Ford Motor Company Volkswagen şirkətinin elektrikli avtomobil paketindən istifadə edərək elektrikli avtomobil istehsal edəcək. Volkswagen Group isə Ford şirkətinin mühəndislik xidmətlərindən faydalanaraq van və yük avtomobili istehsalını həyata keçirəcək.
2023-cü ildə istehsal başlayacaq
Əldə edilən razılığa əsasən, Ford Motor Company Volkswagen şirkətinin elektrikli avtomobillərin istehsalında istifadə etdiyi modullardan yararlanaraq 2023-cü ildən başlayaraq Avropa üçün yeni elektrikli avtomobillər istehsal edəcək.
Ford dizayn edəcək, Volkswagen istehsal edəcək
Volkswagen Group da Ford şirkətinin mühəndisləri tərəfindən layihələndirilən van və 1 tonluq yük avtomobilinin istehsalı ilə məşğul olacaq.
Xərclər azaldılacaq
Ford və Volkswagen şirkətləri 2019-cu ilin yanvar ayında sürücüsüz avtomobil texnologiyası, elektrikli avtomobillər və yüngül ticari avtomobillərin istehsalı üzrə əməkdaşlıq edəcəklərini elan etmişdilər. Hər iki şirkət bu əməkdaşlıq çərçivəsində ümumi xərcləri milyard dollar səviyyəsində azaltmağa nail olacaqlar.
Həmçinin oxu: Lüks avtomobil rəqabəti: BMW vs Mercedes-Benz
Bizi sosial şəbəkələrdən izləyin!!