"Ford" elektromobillər üçün litium razılaşması əldə edib | Banco.az

"Ford" elektromobillər üçün litium razılaşması əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” şirkəti elektromobillər üçün litium tədarükünü ehtiva edən müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil istehsalçısı “Ford Motor” elektrik avtomobillərinin istehsalını artırmaq üçün akkumulyator xammalı üzrə “Albemarle” və “Nemaska ​​Lithium” şirkətləri ilə tədarük razılaşması əldə edib.

Bu barədə “Albemarle” açıqlama verərək bildirib ki, elektromobil istehsalını dəstəkləmək üçün “Ford” şirkəti  ilə litium hidroksidin təmin edilməsinə dair razılaşma imzalanıb.

Qeyd edilib ki, “Albemarle” təxminən 3 milyon “Ford” elektomobil akkumulyatoru üçün litium hidroksid tədarük edəcək.

Ən sərfəli kredit üçün müraciət et

5 illik tədarük müqaviləsinin icrası 2026-cı ildə başlayacaq və 2030-cu ilə qədər davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et