"Ford" akkumulyator zavodunun inşasına 3,5 milyard dollar investisiya qoyacaq | Banco.az

"Ford" akkumulyator zavodunun inşasına 3,5 milyard dollar investisiya qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ford” Miçiqan ştatında inşa edəcəyi akkumulyator zavoduna 3,5 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük avtomobil istehsalçılarından biri olan “Ford” Çinin “Contemporary Amperex Technology” (CATL) şirkətinin texnologiyasından istifadə edərək Miçiqan ştatında akkumulyator zavodu qurmaq üçün 3,5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Bu barədə şirkət rəsmi bəyanat yayıb.

Bildirilib ki, dünyanın ən böyük akkumulyator istehsalçılarından biri olan Çinin CATL şirkəti ilə yeni razılaşma əldə edilib.

Bəyanatda həmçinin qeyd olunub ki, müqavilə çərçivəsində “Ford” Avropa və Asiyada 13 fabrikə sahib olan CATL-nin litium dəmir fosfat (LFP) batareya hüceyrəsi məlumat və xidmətlərindən istifadə edərək batareya istehsal ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et