“Ford” 90 mindən çox avtomobili geri çağıracaq | Banco.az

“Ford” 90 mindən çox avtomobili geri çağıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

“Ford” şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Məlumata görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli “Nano EcoBoost” mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi “Bronco”, “F-150”, “Edge”, “Explorer”, “Lincoln Nautilus” və “Lincoln Aviator” avtomobillərinə aid olacaq.

Tənzimləyici bildirib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər dövri mühərrik testi  keçirəcəklər və lazım gələrsə, mühərriki pulsuz dəyişdirəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et