Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın avtomobil istehsalçısı “Ford” ABŞ-da mühərrikin yanması riski səbəbindən təxminən 85 min “Explorer” yolsuzluq avtomobilini geri çağırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının saytı məlumat yayıb.
Məlumata görə, bu avtomobillərdə mühərrik nasazlığı zamanı mühərrik yağının və yanacağın yanğın mənbəyinə çevrilə biləcək həmin hissələrə düşməsi riski var.
Problemlər hibrid və 3,3 litrlik benzin mühərrikləri olan 2020-2022-ci illərin "Explorer" yolsuzluq avtomobillərində aşkar edilib.
Qüsurun aradan qaldırılmasının gələn ilin ikinci rübündə mümkün olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!