Müəllif:Mehin Qasımova/Banco.az
Avtomobil istehsalçıları avtomobillərində yaranan müxtəlif problemlərə görə vaxtaşırı genişmiqyaslı geri çağırma proqramlarına başlayırlar.
Banco.az xəbər verir ki, bu dəfə "Ford"da bu istehsalçılara qoşulub.
Belə ki,"Ford", bəzi aparat hissələrinin avtomobildən qoparaq yol hərəkəti təhlükəsi yarada bilməsi riskinə görə təxminən 1,9 milyon Explorer SUV avtomobilini geri çağırmaq qərarına gəlib. Geri çağırma 2011-2019-cu model illəri arasında istehsal edilən Explorer-ləri əhatə edir.
ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi tərəfindən dərc edilən sənədlərdə deyilir ki,avtomobilin qabaq şüşələrindəki örtük hissələri düzgün oturulmayıb və hərəkət zamanı ayrılaraq digər sürücülər üçün təhlükə yaradaraq qəza riskini artıra bilər.
Məlumata görə, şirkət əvvəlcə geri çağırmağa qarşı çıxıb.
Lakin ABŞ tənzimləyiciləri təhlükənin olduğunu müəyyən etdikdən sonra qərar verilib.
Şirkət martın 13-dən etibarən avtomobil sahiblərini məlumatlandıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!