Azərbaycan manatı və Moldova leyi postovet ölkələri arasında böhrana ən davamlı valyuta hesab edilib. Bu nəticəyə "Forbes" jurnalının ekspertləri gəlib.
Bundan əlavə "Forbes" müəyyən edib ki, Azərbaycan və Moldova postsovet məkanında baş verən iqtisadi böhran zamanı ən az inflyasiya yaşayan ölkələrdir.
Qeyd olunur ki, MDB ölkələrdə birdən baş verən valyuta devalvasiyası səbəbləri müxtəlif olsa da, oxşarlıqlar da var. Oxşar cəhətlər arasında ekspertlər aşağı rəqabətə davamlılıq, daha az inkişaf etmiş daxili bazar, planlı təsərrüfat sisteminin saxlanılması və Rusiya iqtisadiyyatından güclü asılılıq faktorlarını göstərirlər.
Beynəlxalq bankın hesablamalarına görə Rusiya pul köçürmələrindən ən asılı ölkə Tacikistan, ən az buna ehtiyac duyan ölkə isə Azərbaycandır. Belə ki, Ermənistan 21, Gürcüstan 12, Qırğızıstan 31,5, Tacikistan 42, Moldovan 25, Ukrayna 5,5, Özbəkistan 12, Azərbaycan iqtisadiyyatı 2,5 faiz olmaqla Rusiyada işləyən miqrantlardan pul qəbul edir. "Forbes" son illər Rusiya iqtisadiyyatından asılı azərbaycanlıların azalmasını məhz ölkə siyasətinin uğuru hesab edir.
Valyutalara qaldıqda isə bu günə olan ən pis göstəricilər Ukrayna qrivnasında yaşanıb.
"Forbes" Rusiya rublunun əsas devalvasiya səbəbi kimi isə neftin qiymətinin aşağı düşməsi və Qərbin sanksiyalarını göstərir.
Jurnal Azərbaycandan çox Moldovanın iqtisadi təzyiqə dözməsini maraqlı hesab edir.
anspress.com