“Forbes” dünyanın ən varlı insanlarının yeni siyahısını açıqlayıb | Banco.az

“Forbes” dünyanın ən varlı insanlarının yeni siyahısını açıqlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Oracle” korporasiyasının rəhbəri Larri Ellison “Amazon”un qurucusu Ceff Bezosu keçərək dünyanın ən varlı insanları reytinqində ikinci yerə yüksəlib.

Banco.az xəbər verir ki, Ellisonun sərvəti bir gecədə 8,5 milyard dollar artaraq 206,2 milyard dollara çatıb, Ceff Bezosun sərvəti isə 1,3 milyard dollar azalaraq 203,1 milyard dollar olub. Bezos indi milyarderlər siyahısında üçüncü yerdədir.

İlon Mask 250,8 milyard dollar sərvətlə birinci olaraq qalır. “Facebook”un qurucusu Mark Zukerberqin sərvəti 184,6 milyard dollar, “Louis Vuitton”un sahibi Bernard Arnonun sərvəti isə 170,7 milyard dollar qiymətləndirilir.

Bununla belə, Larri Ellison “Bloomberg”in milyarderlər siyahısında dördüncü yerdədir. Agentlik onun sərvətini 181 milyard dollar qiymətləndirir. 

“Bloomberg”ə görə, ilk üç yerdə İlon Mask (248 milyard dollar), Ceff Bezos (208 milyard dollar) və Mark Zukerberq (189 milyard dollar) qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et