"Forbes" 2024-cü ilin əsas texnologiya tendensiyalarını açıqlayıb | Banco.az

"Forbes" 2024-cü ilin əsas texnologiya tendensiyalarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Forbes” nəşri yeni ilə qədəm qoyarkən bizi gözləyən texnologiya tendensiyalarını açıqlayıb.

Banco.az xəbər verir ki, siyahının ilk pilləsində generativ süni intellekt qərarlaşıb.

1. Generativ süni intellekt

"2023-cü il generativ süni intellektin əsas istiqamətə çevrildiyi il idi. 2024-cü il bütün dünyanın bu texnologiyanın nə qədər güclü və faydalı ola biləcəyini anlayacağı il olacaq".

Nəşrin yazdığına görə, düzgün istifadə edildikdə, super ağıllı şəxsi köməkçinin 24/7 ixtiyarımızda olduğu bir dövrə qədəm qoyuruq.

2. Fiziki və rəqəmsal dünya birləşir

Dərc edilmiş məqalədə “Figital konvergensiya” ("Phygital Convergence") ifadəsi yer alır. Fiziki və rəqəmsal sözlərinin birləşməsindən yaranan bu termin ənənəvi fiziki dünya ilə rəqəmsal dünyanın bir araya gəlməsini ifadə edir.

Artırılmış reallıq (AR) və virtual reallıq (VR) texnologiyaları fiziki dünya ilə getdikcə daha çox vaxt sərf etdiyimiz rəqəmsal dünya arasındakı maneələri aradan qaldırır. Virtual mühitlərdə və yaratdığımız rəqəmsal avatarlarda özümüzü daha azad hiss etdiyimiz bir dövrə qədəm qoyuruq.

3. Dayanıqlı texnologiya

“Forbes”ə görə, dayanıqlı texnologiyalar 2024-cü ildə də diqqət mərkəzində olmaqda davam edəcək. Eyni zamanda, fərdlər ətraf mühitə şəxsi təsirlərini minimuma endirmək üçün texnologiyadan getdikcə daha çox istifadə edəcəklər.

2024-cü ildə bazar payını artırmağa davam edəcək davamlı texnologiyalara elektrik avtomobilləri, velosipedlər və ictimai nəqliyyat kimi hal-hazırda istifadə edilən texnologiyaların daha ekoloji cəhətdən təmiz versiyaları daxildir.

Ən sərfəli kredit üçün müraciət et

4. Kiber dayanıqlılıq

Araşdırmalar göstərir ki, son üç ildə hər iki müəssisədən biri kiberhücumların qurbanı olub və 2024-cü ilin sonuna qədər bu hücumların sektora xərcinin 10 trilyon dolları keçəcəyi gözlənilir.

Kiber dayanıqlılıq kiber təhlükəsizliyin daha təkmil versiyasını ehtiva edir. Bu konsepsiya kiberhücumlar nəticəsində təhlükəsizlik pozuntuları baş verdikdə şirkətlərə hələ də öz bizneslərini davam etdirməyə imkan verən texnologiyaları əhatə edir.

5. Kvant hesablamaları

Kvant hesablamalarına maraq getdikcə artır. Son illərdə yaradılan süni intellekt sistemlərinin gücündən faydalanmağı ümid edən banklar və maliyyə xidmətləri təşkilatları kvant texnologiyasına ilk sərmayə qoyanlar sırasındadır. Bu texnologiyaların təmin etdiyi üstünlüklər xüsusilə fırıldaqçılığın aşkarlanması, risklərin idarə edilməsi və yüksək tezlikli ticarət kimi sahələrdə böyük əhəmiyyət kəsb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et