Fonddan «NBC Bank»dakı əmanətlərlə bağlı – AÇIQLAMA | Banco.az

Fonddan «NBC Bank»dakı əmanətlərlə bağlı – AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) «NBS Bank»da əmanət qadağası olduğu dövrdə qəbul edilən əmanətlərin taleyi ilə bağlı açıqlama verib. 

Qeyd edək ki, «NBC Bank» menecmenti bu problemin həlli üçün ƏSF-nin Mərkəzi Bankı Məhkəməyə verəcəyini bildirmişdi. Fond bu yanaşmanın həqiqətə uyğun olmadığını bildirib: «Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun Azərbaycan Mərkəzi Bankını məhkəməyə verməsi barədə məlumat həqiqətə uyğun deyildir. Xəbərdə qeyd olunan Bankda həqiqətən də requlyatorun tələblərinin pozulması faktı baş verib. Bu zaman vətəndaşların hüquqularının müdafiəsi üçün Fond qanun çərçivəsində bütün addımları atacaqdır».

Başqa sözlə, Fonddan bildirilib ki, qadağa dövründə banka yatırılan əmanətlərin problemi AMB-nin məhkəməyə verilməsi ilə bağlı deyil, başqa üsullarla həll ediləcək. 

Bununla yanaşı, foddan bildirilib ki, sözügedən əmanətlər də qorunan əmanətlərlə eyni vaxtda qaytarılacaq. «Bu zaman vətəndaşların hüquqularının müdafiəsi üçün Fond qanun çərçivəsində bütün addımları atacaqdır ifadəsi məhz onu göstərir» - deyə fonddan bildirilib.   

Ən sərfəli kredit üçün müraciət et

fed.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et