İqtisadçı alim, Vüqar Bayramov Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödənişindən imtina edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Əmanətlərin Sığortalanması Fondunun "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmaması ilə bağlı qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəs, söhbət nədən gedir? Əslində, fondun açıqlaması doğrudur: gercək sığorta hadisəsi baş verməyib. Sığorta hadisəsi o zaman baş verir ki, bankın passivləri və ya öhdəlikləri onun aktivlərindən çox olsun və əmanətləri geri qaytarmaq mümkün olmasın. Adıçəkilən bankda 1.4 milyon manat sığortalanan əmanət var və əgər bank öz öhədliklərini yerinə yetirə bilməsəydi o zaman fond həmin vəsaiti ödəyəcəkdi.
Ən sərfəli kredit üçün müraciət et Azərbaycan Kredit Bankının nümunəsində isə aktivlərin həcmi çox olduğundan 3,4 milyon manatlıq ümumi əmanət o cümlədən sığortalanmayan depozitlər də tam geri qaytarılacaq. Deməli, bütün əmanətlər geri qaytarılırsa o zaman fondun müdaxiləsinə niyə ehtiyac olsun? Təbii ki, belə olan halda fondun müdaxiləsinə hər hansı ehtiyac qalmır. Bu baxımdan, fondun son açıqlaması heç də o anlama gəlməməlidir ki, sözügedən bankın öhdəlikləri aktivlərindən çox olsaydı sığortalınan əmanətlər geri qaytarılmayacaqdı. Təbii ki, qaytarılacaqdı. Ona görə də, digər banklarda sığortalınan əmanətləri olan əmanətçilərin narahat olmasına əsas yoxdur. Bu sığortalanma sisteminə inamı heç bir halda sarsıtmamalıdır. Sığorta hadisəsi baş verən bütün hallarda sığortalanan əmanətlər geri qaytarılacaq.