Fiziki şəxslərin müddətli əmanətləri 8 mlrd. manatı ötüb | Banco.az

Fiziki şəxslərin müddətli əmanətləri 8 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 avqust tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 661 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 9,9% və ya 1 milyard 232 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 8 milyard 67 milyon manatı (59,1%) müddətli, 5 milyard 593 milyon manatı isə tələbli depozitlər olub. Hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3%-ni təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 12 milyard 429 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram