"Fitch": Zəlzələdən sığortalanmamış zərər 4 milyard dolları keçə bilər | Banco.az

"Fitch": Zəlzələdən sığortalanmamış zərər 4 milyard dolları keçə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” Türkiyə və Suriyaya təsir edən zəlzələlərdə sığortalanmamış itkilərin 2 milyard dolları keçəcəyini, hətta 4 milyard dollara çatacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi bu barədə Türkiyə və Suriyanı təsir altına alan zəlzələlərdən sığorta itkiləri ilə bağlı yayımladığı qeyddə bildirib.

Agentlik regionlarda sığorta təminatının aşağı olması səbəbindən sığortalanmış zərərlərin "çox aşağı" olduğunu və təxminən 1 milyard dollar təşkil edə biləcəyini vurğulayıb.

Digər tərəfdən, qeyd olunub ki, sığortalanmış zərərlər təkrarsığorta yolu ilə böyük ölçüdə kompensasiya olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et