Müəllif:Mehin Qasımova, Banco.az
Ticarətin normallaşması əlaməti yoxdur.
Banco.az xəbər verir ki, bunu "Fitch Ratings" agentliyi bildirib.
Agentlik ABŞ və Çinin tarifləri müvəqqəti olaraq azaltmasının ticarət gərginliyini azaltdığını, lakin bu, ticarət müharibəsinin bitdiyi və qlobal artım üçün risklərin davam etdiyi anlamına gəlmədiyini bildirib.
Fitch-in verdiyi açıqlamada ABŞ və Çinin qarşılıqlı olaraq tətbiq etdikləri gömrük rüsumlarını 3 ay müddətində azaltmaq barədə razılığa gəldiyi xatırladılıb.
Bəyanatda deyilir ki, razılaşma dünyanın iki ən böyük iqtisadiyyatını ciddi şəkildə pozacaq bir çöküşün qarşısını almaq istəyindən xəbər verir.
Açıqlamada ötən ay yüksək gömrük rüsumları səbəbiylə ABŞ-Çin ticarət axınına zərbə endirilməsi ehtimalından sonra Fitch-in 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu aşağı saldığı xatırladılıb və əldə olunan razılaşma nəticəsində ABŞ-da mövcud orta tarif dərəcəsinin 23 faizdən 13 faizə endiyi qeyd edilib.
Bəyanatda bunun qlobal artıma daha kiçik bir zərbə demək olacağı, lakin cari nisbətin hələ də keçən ilki 2,3 faizdən xeyli yuxarı olacağı vurğulanıb.