“Fitch” rəqəmsal valyutaların təhlükəsinə dair xəbərdarlıq edib | Banco.az

“Fitch” rəqəmsal valyutaların təhlükəsinə dair xəbərdarlıq edib

Rəqəmsal valyutalar, aşkar üstünlükləri ilə yanaşı, maliyyə sistemlərinə zərər vura biləcək müəyyən risklər yaradır.

Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings” xəbərdarlıq edib.

“Fitch” pul vəsaitlərinin bank depozitlərindən rəqəmsal valyuta hesablarına sürətlə köçürülməsi imkanını bu risklərə misal olaraq gətirib. Belə ki, bu, istehsalçılar və istehlakçılar arasında vasitəçilərdən, məsələn, banklardan daha az istifadə olunmasına gətirib çıxara bilər.

Bundan başqa, rəqəmsal valyutalardan istifadə mərkəzi banklarla iqtisadiyyat arasında daha çox təmas nöqtəsi yaradır ki, bu da kibertəhlükəsizlik təhdidlərini artıra bilər.

Lakin agentlik rəqəmsal valyutaların nağdsız ödənişlərin həcmini artırmaq potensialını onların əsas üstünlüyü kimi qeyd edir.

Bir sıra ölkələrin mərkəzi bankları ötən il rəqəmsal valyutaların istifadəyə verilməsi ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et