"Fitch Ratings" beynəlxalq reytinq agentliyi uzunmüddətli dövr üçün neftin qiyməti üzrə proqnozunu 60 dollar/barreldən aşağı səviyyəyə endirib.
Bu barədə Azərtac "Fitch Ratings"ə istinadən məlumat yayıb.
Məlum olub ki, beynəlxalq reytinq agentliyi 2017-ci və 2018-ci illər üzrə neftin bir barrelinin qiymətinin 52,5 dollar, 2019-cu ildə isə 55 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırır.
“Ötən ilin noyabrında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə hasilat səviyyəsinin azaldılması barədə razılığa gəlməsindən ötən dövrdə neftin qiymətinin bahalaşmasına nail olunub. ABŞ-da isə şist nefti istehsalı artmaqdadır. Lakin buna baxmayaraq, yaxın perspektivdə neftin qiymətinin sabit səviyyədə qalması gözlənilir”, - deyə “Fitch Ratings”in açıqlamasında bildirilir.
Mənbə: Oxu.az