Beynəlxalq "Fitch Ratings" agentliyi Expressbank-ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla “B+” səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın Dayanıqlılıq və Emitentin uzunmüddətli defolt reytinqi B səviyyəsindən B+ səviyyəsinə qalxıb.
Agentlik reytinq artımını ölkədə əməliyyat mühitinin inkişafı və Expressbankın son illərdə maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirməsi ilə əlaqələndirib. Fitch ekspertləri Bankın cəmi likvid aktivlərinin depozitlərin üçdə birini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd edib. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.
Başqa söz ilə, Bankın dövr ərzində göstərdiyi uğurlu maliyyə nəticələri - aktivlərinin keyfiyyəti və kapital həcmi, risk profilinin yaxşılaşması Dayanıqlılıq reytinqinin yüksəldilməsinə əsas verib.
Eləcə də hesabatda Expressbankın aktivlərinin sektorda 1% təşkil etdiyini, Dayanıqlılıq reytinqinin daha da yüksəlməsi üçün Bankın gəlirlərini diversifikasiya etməsi tövsiyə olunub.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank - İşiniz rahat getsin!