"Fitch Ratings" ekspertləri Türkiyə, Braziliya, Hindistan və Cənubi Afrikanı müzakirə edəcək | Banco.az

"Fitch Ratings" ekspertləri Türkiyə, Braziliya, Hindistan və Cənubi Afrikanı müzakirə edəcək

Müəllif - Aida İsaq, Banco.az

“Fitch Ratings”in analitikləri martın 30-da keçiriləcək vebinarda Türkiyə, Braziliya, Hindistan və Cənubi Afrika haqqında müzakirələr aparacaq.

 

 

Banco.az xəbər verir ki, vebinarın Türkiyə bölməsində yeni iqtisadi modelin ölkənin kredit profilinə təsiri və 2023-cü il seçkilərinin siyasi nəticələri qiymətləndiriləcək. “Fitch Ratings”in məlumatına görə, vebinarın moderatoru kimi ölkə kredit reytinqlərinin qlobal tədqiqat şöbəsinin rəhbəri Ed Parker, inkişaf etməkdə olan bazarların ölkə kredit reytinqləri departamentinin baş direktoru Erich Arispe Morales, EMEA ölkə kredit reytinqlərinin rəhbəri Yan Fridrix, ABŞ ölkə kredit reytinqlərinin həmsədri Todd Martines və APAC-ın (Asiya-Sakit Okean regionu) ölkə reytinqləri üzrə direktoru Ceremi Zook iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram