Müəllif: Tamara Mustafayeva, Banco.az
“Fitch Ratings” ABŞ-da mənzillərin qiymət artımının yavaşlayacağını gözləyir.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” ABŞ-da tələbin soyuması və alış vəziyyətinin pisləşməsi səbəbindən 2023-cü ildə nominal ev qiymətləri artımının əhəmiyyətli dərəcədə zəifləyəcəyini gözlədiyini açıqlayıb.
Agentlik bəyan edib ki, ABŞ-da mənzillərin qiyməti ötən ilin üçüncü rübündə 10,5 faizlik göstərici ilə “normadan artıq” bahalaşıb.
Digər tərəfdən, agentliyin bəyanatında o da qeyd olub ki, artıq mənzil qiymətlərində azalma tendensiyası müşahidə edilir və həddindən artıq qiymət artımının azalmağa davam edəcəyinin proqnozlaşdırılır.
Həmçinin evlərin alqı-satqısının 2022-ci ildən etibarən əhəmiyyətli dərəcədə azaldığı da vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
