Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” neft və TTF indeksi üzrə qaz qiymətləri proqnozlarını aşağı salıb.
Banco.az xəbər verir ki, cari ildə “Brent” markalı neft üçün proqnozları 85 dollardan 80 dollara endirən şirkət Qərbi Texas nefti üçün də proqnozları 80 dollardan 75 dollara endirib. Şirkət həmçinin 2023-cü il üçün TTF indeksi üzrə Avropada qazın qiymətini 20 dollardan 12 dollara, 2024-cü il üçün isə 20 dollardan 10 dollara endirib.
Şirkətin neft qiymətləri üçün azalan proqnozları qlobal iqtisadi artımın yavaşlaması və hazırda aktual olan neft tədarükü ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Neftlə bağlı 2025 və 2026-cı il proqnozlarını yuxarıya doğru çəkən şirkət geosiyasi gərginliyin və təlabatın yüksək olmasının qiymətlərə təsir edə biləcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!