“Fitch”: Neft bazarı təklif profisitinə qayıdacaq | Banco.az

“Fitch”: Neft bazarı təklif profisitinə qayıdacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch”: Neft bazarı təklif profisitinə qayıdacaq.

Banco.az xəbər verir ki, Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” bildirib ki, Hörmüz Boğazının bağlanması qlobal neft bazarında logistika ilə əlaqədar təklif şoku yaradıb, lakin bazarın ümumi perspektivini dəyişdirməyib.

Qurumun proqnozuna görə, boğazın yenidən açılmasından sonra neft bazarı 2026-cı ilin dördüncü rübündə yenidən təklif artıqlığı mərhələsinə keçəcək.

“Fitch Ratings” tərəfindən yayılan açıqlamada 2026-cı il üçün “Brent nefti”nin orta qiymətinin bir barel üçün 87 dollar səviyyəsində gözlənildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu proqnoz Hörmüz Boğazının iyul ayının sonuna qədər yenidən açılacağı və ümumilikdə təxminən 5 ay bağlı qalacağı ehtimalına əsaslanır. Həmçinin vurğulanıb ki, boğazın açılması ilə bağlı vaxt qrafiki üzrə qeyri-müəyyənlik davam edir və neft qiymətləri üçün risklər həm yüksəliş, həm də eniş istiqamətində qalmaqdadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram