"Fitch" Honq Konqun kredit reytinqini endirdi | Banco.az

"Fitch" Honq Konqun kredit reytinqini endirdi

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" Honq Konqun kredit reytinqini "AA +" səviyyəsindən "AA" səviyyəsinə endirib. Proqnoz isə "mənfi"dir.

Honq Konq ekstradisiya haqqında qanun layihəsi iyunun əvvəlindən bu yana ölkədə kütləvi etirazlarla səbəb olub. Şübhəlilərin Çinə qaytarılmasını asanlaşdıran qanun layihəsi, 3 Apreldə parlamentə təqdim olunmuşdu. Qanun təklifi, şübhəlilərin Çinə, Çinin Makao Xüsusi İnzibati Regionuna və Tayvana ekstradisiyasını asanlaşdırır. Müxaliflər, ekstradisiya haqqında qanunda ediləcək bu dəyişikliyin, Honq Konq azadlıqlarını aradan qaldıracağını iddia edir. Müxaliflər qanunun çıxması halında bunun Çinin Honq Konqdakı siyasi müxalifləri hədəf alması ilə nəticələnəcəyindən də narahatdır. 

Ən sərfəli kredit üçün müraciət et

Dünən Honq Konqun rəhbəri Carrie Lam 13 həftədir Honq Konq küçələrində nümayişlər keçirən etirazçıların tələbini yerinə yetirəcəyi siqnalını verib. Çinin Honq Konq xüsusi muxtar respublikasının hökuməti, iyunun əvvəlindən bu yana kütləvi etirazlarla səbəb olan ekstradisiya qanun layihəsini geri çəkəcəyini bildirib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et