"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib | Banco.az

"Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"yə saxlayıb.

Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balansları, büdcə maliyyələşdirilməsinin çevikliyini və 19% səviyyəsində olan aşağı dövlət borcunu əks etdirir.

Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın xarici buferlərinin və pozulan makroiqtisadi tənzimləsinin neftin qiymətlərinin enməsindən və COVID-19 pandemiyasından alınan ağır zərbləri əks etdirir.

Azərbaycanın reytinqinin gələcəkdə aşağı sala biləcək faktorlar arasında “Fitch” makroiqtisadi sabitliyi pozan iqtisadi siyasət çərçivəsindəki baş verə biləcək bəzi hadisələri, məsələn, suveren xarici balansının sürətli pozulması və ya manatın məzənnəsinin nizamsız şəkildə devalvasiyasını göstərir. Bundan əlavə, reytinqə davamlı olaraq aşağı neft qiymətləri və ya uzun müddət davam edən xarici şoklar mənfi təsir edə bilər ki, bu da öz növbəsində iqtisadiyyata, bank sektoruna, maliyyə sektoruna və ya xarici mövqeyə ciddi mənfi təsir göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyə görə, manatın devalvasiyası ehtimalını azalda biləcək yuxarı neft qiymətləri, dövlətin konsolidasiya edilmiş büdcə kəsirini azalda biləcəyi, maliyyə aktivlərini qoruyub saxlaya biləcəyi əminliyi və dövlət borcunun ÜDM-yə olan aşağı nisbəti müsbət reytinq dəyişikliyinə gətirib çıxara bilər.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et