Azərbaycanlılar ötən ay Türkiyədə 60 mənzil alıblar | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanlılar ötən ay Türkiyədə 60 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin mart ayında Türkiyədə 60 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə fevral ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20% azalaraq 1 353 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 229 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (130 mənzil), üçüncü isə Almaniya (84 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram