"Fitch" agentliyi Beynəlxalq Bankla bağlı bəyanat verib | Banco.az

"Fitch" agentliyi Beynəlxalq Bankla bağlı bəyanat verib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqini artırmaq üçün əsas şərtlərini açıqlayıb. Şərtlərə görə, ABB-nin problemli kreditlərinin satışı müvəffəqiyyətlə bitdikdən sonra "Fitch" bankın xarici valyutada "emitentin defolt reytinqi"ni "BB" səviyyəsindən "BB+"a, "bankın dayanıqlığı"nı isə "b-"dan "b" və ya "b+"a qədər artıra biləcəyini bildirib.

Banco.az "Report"a istinadən xəbər verir ki, əks halda hökumət ABB-nin problemli kreditlərini almaqdan vaz keçərsə və ya müəyyən miqdarda problemli kreditləri bankda saxlayarsa, reytinqin artırılması məsələsi gündəmdən çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Fitch" problemli kreditlərin satılması ilə əlaqədar hər hansı çətinlik olacağını gözləmir.

Agentliyin bu gün açıqladığı məruzədə ABB-nin xarici valyutada "emitentin defoltu" və "dayanıqlığı" reytinqləri üzrə gözləntiləri (Rating Watch) "pozitiv" siyahısına daxil edilib. Bu, ABB-nin maliyyə bazasının sağlamlaşdırıldığını göstərir.

"Fitch" agentliyi özəlləşdirmə proqramı çərçivəsində ABB-nin 2015-ci ilin sonuna qədər problemli kreditlərdən azad edilməsi qərarını dəstəkləyib.

Ən sərfəli krediti almaq üçün müraciət et