"Fitch" agentliyi Avrozonaya tənəzzüllə bağlı xəbərdarlıq edib | Banco.az

"Fitch" agentliyi Avrozonaya tənəzzüllə bağlı xəbərdarlıq edib

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" bildirib ki, “Şimal axını” boru kəməri ilə qaz nəqlinin tamamilə dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, reytinq agentliyi bəyanatında “Şimal axını” boru kəmərinin tamamilə bağlanması ilə 2023-cü ildə Avrozonanın Ümumi Daxili Məhsulunun (ÜDM) agentliyin iyun ayında verdiyi proqnozlarla müqayisədə 1,5-2 bənd azalacağını proqnozlaşdırdıqlarını qeyd edib.

Bəyanatda həmçinin vurğulanıb ki, “Şimal axını” kəməri ilə qaz nəqlinin tam dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırıb.

Xatırladaq ki, "Fitch" iyun ayı proqnozlarında Avrozona iqtisadiyyatının bu il 2,6 faiz, 2023-cü ildə isə 2,1 faiz artacağını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et