"Fitch" agentliyi Avropanın 3 ən böyük iqtisadiyyatına dair xəbərdarlıq edib | Banco.az

"Fitch" agentliyi Avropanın 3 ən böyük iqtisadiyyatına dair xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il Almaniya, İngiltərə və İtaliya da daxil olmaqla Avropanın aparıcı iqtisadiyyatlarında daralma gözlənilir.

Banco.az xəbər verir ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi 2023-cü ildə Almaniya, Böyük Britaniya və İtaliya da daxil olmaqla Avropanın əsas iqtisadiyyatlarında real Ümumi Daxili Məhsulun (ÜDM) azalmasının gözlənildiyini bildirib.

Qeyd edilib ki, bu il qlobal miqyasda zəif iqtisadi artım və yüksək inflyasiya maliyyə sektorundan kənar şirkətlərə mənfi təsir göstərən əsas amillərdəndir.

Bu il Avropanın ciddi iqtisadi çətinliklərlə üzləşmə ehtimalı olduğu bildirilən açıqlamada 2023-cü ildə Almaniya, İngiltərə və İtaliya da daxil olmaqla Avropanın aparıcı iqtisadiyyatlarında real ÜDM-də azalma gözlənildiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et