“Fitch” beynəlxalq reytinq agentliyi “AGBank”ın reytinqinə yenidən baxıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, agentlik bankın kredit reytinqinə baxışı “neqativ” kimi qiymətləndirib.
Agentliyin mütəxəssislərinin bildirir ki, cari ilin sona qədər “AGBank”ın “Fitch Əsas Kapitalı” əmsalı 0-a enə bilər.
Bildirilir ki, hətta devalvasiyaya qədər “AGBank” kapital adekvatlığı üzrə normativ tələbə cavab vermirdi: "Bankın devalvasiya baş verən gün kapitaldan 1,9 dəfə artıq açıq valyuta mövqeyi olub".
Məlumata əsasən, bankın aktivlərinin 40%-i xarici valyutadadır.