Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” qarşıdakı dövrdə ABŞ və Avrozona iqtisadiyyatları üçün tənəzzülün gözlənildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, təşkilatın yaydığı bəyanatda qeyd edilib ki, Avrozonada tənəzzül ABŞ-dan daha əvvəl, cari il ərzində başlaya və təbii qaz böhranının enerji qiymətlərindəki dəyişkənliyi artırması səbəbiylə daha ciddi xarakter daşıya bilər.
Kredit reytinq agentliyinin bu bəyanatında faiz dərəcələrinin artması və qlobal inflyasiya səbəbindən hökumətlərin maliyyələşdirmə xərclərinin də 2023-cü ildə artacağına dair proqnozlar verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!