Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini B səviyyəsindən BB- səviyyəsinə qədər yüksəldib. Reytinq proqnozunu isə Stabil olaraq müəyyənləşdirib. Reytinqin iki pillə yüksəlməsində Bankın açıq valyuta mövqeyinin tam bağlanmasının böyük rolu olub.
Fitch ekspertləri hesab edir ki, ABB-nin mövcud dayanıqlılıq reytinqi (VR) də Bankın dayanıqlı maliyyə durumunu, güclü balans strukturunu əks etdirir. Burada ABB-nin dövlət bankı olmasının da mühüm rolu var. ABB-nin aktivlərinin strukturu sektorun orta göstəriciləri ilə müqayisədə üstün keyfiyyətə, gəlirliliyə və güclü likvidliyə malikdir. Agentliyin rəyində Bankın gəlir mövqeyi yüksək qiymətləndirilir. Aktivlərinin keyfiyyəti, kapital dayanıqlılığı barədə müsbət fikirlər bildirilir. Eləcə də Bankın fəaliyyət indekslərinin requlyativ tələbələrə uyğunluğu qeyd edilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Bizi sosial şəbəkələrdən izləyin!!