Müəllif - Aida İsaq, Banco.az
Finlandiya sanksiyalar çərçivəsində saxlanılan 800-dən çox dolu və boş vaqonu Rusiyaya qaytarmağa hazırlaşır. Banco.az xəbər verir ki, vaqonların saxlanması üçün xərclərin yüksək olması, eləcə də Finlandiya dəmir yolu operatorlarının şikayətləri buna səbəb olub. Bəzi vaqonlarda təhlükəli yüklərin olduğunu qeyd olunur. Finlandiya Xarici İşlər Nazirliyi müsadirə edilmiş əmlakın geri qaytarılması barədə qərarın müstəsna olaraq qəbul edildiyini vurğulayıb. Bəzi avadanlıq sahibləri artıq Finlandiya icra hakimiyyəti orqanı tərəfindən onun hərəkətinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə məlumatlandırılıblar. Finlandiya şirkətləri vaqonları yoxlayacaq və onları sərhədlərdən keçirəcək.
Qeyd edək ki, daha öncə Dəmir Yolu Nəqliyyatı Operatorları Assosiasiyası Nəqliyyat Nazirliyinə müraciət ünvanlamışdı. Müraciətdə Finlandiya və Ukraynada vaqonlarına məhdudiyyət qoyulan şirkətlər üçün yardım paketini nəzərdə tutan qanun layihəsinin hazırlanması nəzərdə tutulurdu. Təxminən 32 milyard rubl məbləğində təzminatın olması qeyd olunurdu.
Ekspertlər isə şirkətlərin müvafiq vəsaiti ala biləcəyinə şübhə ilə yanaşıb. Onların fikrincə, bununla bağlı qərar qəbul olunsa belə, yardım yalnız subsidiya və ya yardım şəklində edilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!