Maliyyə əhatəliliyi nədir??
Maliyyə xidmətləri – kredit, əmanət, təhsil və mənzil kreditləri, sığorta da daxil olmaqla bizim gündəlik həyatımıza təsir göstərir. Bu xidmətlər kasıblar üçün də əhəmiyyətlidir, lakin əksər hallarda onların bu xidmətlərə çıxışı olmur. Maliyyə əhatəliliyi bütün təbəqələrdən olan insanların adi halda maliyyə sektoru tərəfindən qarşılanmayan ehtiyaclarını ödəmək üçün lazım olan maliyyə xidmətlərini maliyyələşdirmə yollarının axtarışıdır.
Mikromaliyyələşmə nədir?
Mikromaliyyələşmə - əhalinin yoxsul və az təminatlı qismini, onların ödəyə biləcəyi şərtlərlə maliyyə xidmətləri ilə təmin etməkdir. Bu maliyyə əhatəliliyin həyata keçirməyin bir vasitəsidir.
Kənd bankçılığı nədir?
Kənd Bankçılığı kredit verilməsi üzrə metodologiya hesab olunur ki, FİNCA-da bu sahədə pinorlerdən hesab olunur. Bu metod özündə həftəlik, 2 həftədən bir və ya ayda bir dəfə görüşən 1-40 nəfər az təminatlı (az gəlirli) iş adamlarının bir araya gəlməsini nəzərdə tutur, onlar bir-birini 50-100% dollar həcmində kiçik kreditlər ilə təmin edir ki, bunun sayəsində onlardan bəziləri yeni biznesə başlayır və kiçik biznesini genişləndirir. Bunu həmçinin özünü işlə təminetmə kreditləri də adlandırmaq olar. Öz bizneslərini böyütmək ilə yanaşı onlar qarşılıqlı yoldaşlıqdan zövq alır, həmçinin bir-birinə dəstək olurlar. Aşağı gəlirli sahibkarların əksər hallarda kommersiya banklaırn bu növ kredit vermək üçün tələb etdiyi girovları, təminatları olmadığı üçün, Kənd Bankçılığında qrup üzvləri bir-birinə zəmanət verir, yəni bir-birinin kreditinə zamin olur. Onlar öz liderlərini seçərək, özlərinə demokratik bir qurum yaradır, öz nizamnamələri, büdcələri, idarəetmə fondları, hesab kitabları olur, kreditlərin geri ödənməsinə nəzarət həyata keçirir və qaydaların pozulması halları üçün cərimələr tətbiq edirlər.
FINCA International barədə qısaca
FINCA International - dünyanın 23 ölkəsində 1,8 milyondan artıq, aşağı gəlir səviyyəsi olan müştərilərə yeni məhsul və xidmətlər təqdim etməklə, yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artımına və yoxsulluğun azalmasına xidmət göstərən – beynəlxalq qeyri kommersiya təşkilatıdır.
FİNCA (Foundation for International Community Assistance) – beynəlxalq İctimaiyyətə Yardım Fondu - əsası John Hatch tərəfindən 1984-cü ildə qoyulmuş mikro maliyyə təşkilatıdır. Bəzən “FINCA International”-ı “Kasıblar üçün Dünya Bankı” və ya “Planetin yoxsulluğa qarşı peyvəndi” də adlandırırlar . FİNCA mikromaliyyədə yenilik hesab olunan “Qrup kreditləşməsini” tətbiq etmiş və məhz buna görə də bu sahədə pionerlərdən biri hesab olunur. Baş qərargahı Vaşinqtonda, Kolumbiya dairəsində yerləşir.
Grameen Bank və Accion International kimi təşkilatlarla eyni cərgədə dayanan FİNCA dünyanın ən nüfuzlu mikromaliyyə şirkətlərindən biri hesab olunur.
FİNCA İnternational, FİNCA Kanada, FiNCA Birləşmiş Krallıq
FİNCA – çalışır ki, öz ənənəvi bazarlarında maliyyə və bank xidmətlərinə çıxışı məhdud olan, əhalinin aşağı gəlirli təbəqəsi onlar üçün daha əlçatan olan kredit, əmanət, sığorta xidmətlərindən yararlana bilsin, bununla da onların daha təhlükəsiz və məhsuldar həyat tərzi sürməsinə imkan yaradır.
FİNCA digər mikro maliyyə təşkilatlarından nə ilə fərqlənir?
Beynəlxalq təmsil olunma: 23 ölkə ərazisində, 1 milyon yarımdan çox müştəriyə xidmət göstərən, yerli əməliyyat qrupları ilə FİNCA əhatə dairəsinə görə dünyanın ən geniş və hərtərəfli, kompleks mikromaliyyə şəbəkələrindən biridir. FİNCA bütün törəmə şirkətlərinin sahibidir və öz müştərilərinə birbaşa yerindəcə xidmət təklif edir.
Məhsullar: FİNCA yerli tələbi nəzərə almaqla, maliyyə məhsullarının geniş spektrini təqdim edir: kiçik həcmi kreditlər və əmanətlə, yığım məhsulları, sığorta və pul köçürmələri. Hər bir ölkədə yerli iqtisadiyyatın şərtləri ilə səsləşən və yerli tələbata cavab verən məhsullar təqdim edə bilirik . Xüsusi ilə müsəlmanların sıx məskunlaşmış olduğu regionlarda biz, islam maliyyələşməsi ilə uzlaşan məhsullar təqdim edirik; Ekvadorda biz tibbi sığorta xidməti həyata keçiririk; Uqandada isə biz günəş generatorlarının kreditləşməsi məqsədi ilə unikal bir proqram gerçəkləşdiririk.
Biz daima öz müştərilərimizin biznesini inkişaf etdirəcək və həyat keyfiyyətini yüksəldəcək məhsulların axtarışındayıq və bundan ötrü araşdırmalar davam etdirilir.
Biznes Model: FİNCA unikal və inteqrasiya olunmuş bir biznes model əsasında çalışır, o ianələr, bağışlanmış, o cümlədən investisiya olunmuş vəsaitləri qəbul edir. Bizim yanaşmamız əldə olunmuş kapitalı istifadə etməklə, yüksək şəffaflığı qorumaqla, yüksək standartlara cavab verən və dayanıqlı biznes idarəetməsi vəd edir. Bizim biznes model, bizə balanslaşdırılmış maliyyə və sosial göstəricilərə nail olmaq imkanı verir ki, məhz bu parametrlər baxımında sektorda bizə bərabər olan yoxdur.