"Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb | Banco.az

"Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Martın 16-da Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 12,5%, olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3,000,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

İstiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirilmiş istiqrazların 1 500 000 manat hissəsi “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya xidmətləri çərçivəsində təmin edilmişdir.

Qeyd edək ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 16 ildən artıq müddətdir ki, maliyyə sahəsində fəaliyyət göstərir. Qiymətli kağızların yerləşdirilməsi, investisiya və törəmə maliyyə alətləri üzrə geniş xidmət göstərən “Unicapital” İ.Ş. qiymətli kağızlar bazarına və emitentlərə göstərdiyi xüsusi dəstəyi ilə daima fərqlənib.

Şirkət dinamik dəyişən kapital bazarında təklif etdiyi anderraytinq xidməti ilə korporativ müştərilərinə səhm və istiqrazlarını birjaya yerləşdirmək, bizneslərini genişləndirmək və əlavə vəsait cəlb etmək imkanı yaradır. Bu gün müştəri sayı 500 000-i keçmiş “Unicapital” İ.Ş. ölkənin investisiya sahəsində olan reytinq cədvəllərində qabaqcıl mövqeləri tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et