"Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

"Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

30 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Finca Azərbaycan" QBKT MMC-nin ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

16 mart 2023-cü il tarixində "Finca Azərbaycan" QBKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

 

Ticarətə buraxılma tarixi

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2005019206

Faizli təmin edilməmiş sənədsiz adlı

30,000

(ədəd)

100 manat

  16.03.2023

  12.5 %

24 ay

Hər 3 aydan bir

(bir ay 30 gün olduğunu qəbul etmək şərti ilə)

Ən sərfəli kredit üçün müraciət et

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et