“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnformasiya Texnologiyaları departamenti üçün MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı Prudensial və Əməliyyat hesabatlarının yaradılmasına məsuliyyət daşıyır.
Əsas vəzifə və öhdəlikləri:
- Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması;
- İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
- Hesabat məlumatlarının reallığının yoxlanılması;
- Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması;
- Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
- Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır;
- T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
- SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
- Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
- Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services);
- Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
- Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
- Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№361/15) qeyd etməklə 20 Yanvar 2016-ci il tarixinədək göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.