Maliyyə Bazarlarına Nəzarət Palatası "Finans Lizinq" ASC-nin istiqraz emissiyalarını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiyalar hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 200 və hər birinin nominal dəyəri 500 manat olan 200 istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, "Finans Lizinq" şirkəti 2007-ci ilin mayından fəaliyyət göstərir, nizamnamə kapitalı 1,2 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 1 000 adi və 200 imtiyazlı səhm əsasında formalaşıb. Səhmlər 14 fiziki şəxsə, o cümlədən 19%-i Şıxəlizadə Tokay Murad oğluna, 13,1%-i Tağıyev Murğuz Elşən oğluna, 12%-i İbrahimov Ramiz İbrahim oğluna, 12,7%-i Cavadov Azad Malik oğluna, 10%-i Şərifov Mobil Famil oğluna məxsusdur.