Filiallarda işəqəbul üçün müxtəlif vakansiyalar | Banco.az

Filiallarda işəqəbul üçün müxtəlif vakansiyalar

“Parabank” ASC Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionlarında yerləşən filialları üçün aşağıdakı vakansiyalar üzrə işçi qəbulu elan edir:

1.Satış məsləhətçisi

Vəzifəyə olan tələblər

• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;

Əsas vəzifələr
• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Potensial müştərilərlə görüşlər keçirmək, bank məhsullarını təklif etmək
• Müştərilərin müraciətlərinin qəbulu əsasənda sahəni analiz etmək
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi ; 
• Kredit sənədlərinin tərtibatı ; 
• Kredit portfelinə nəzarət etmək və idarə etmək və s.
• Kreditə dair xidmətlər və onların monitorinqi,

CV-ləri  Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionu- satış məsləhətçisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müvafiq sahədə iş təcrübəsinin olması məcburi deyil 

2. Satış mütəxəssisi

• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı 
• Xoş xarici görkəm( qızlara üstünlük verilir)

• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək.
•  Karyer plana uyğun sınaq müddəti ərzində müəyyən olunmuş məbləğdə depoziti (əmanəti)  qəbul edir, depozitlər (əmanətlər) üzrə faizləri hesablayır və müştəriyə verir;
• Bank dövriyyəsi olan müştərilərin cəlb edilməsi;
• Fiziki şəxs və fiziki şəxs sahibkarlara ( ocümlədən kreditləşən müştərilərə) mədaxil və məxaric əməliyyatlar üzrə xidmət göstərir;
• Gündəlik əməliyyatları bank proqramına yığır və müxabirləşməni aparır;
• İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir;
• Müştərilərin konvertasiya sifarişlırini icra edir;
• Bütün icra sənədlərinin ödəmə növbəliyi əsasında kartatekasını aparır;
• Şəxsi hesablardan çıxarışların uçotunu aparır və müştərilərə təqdim edir;
• Fiziki şəxs, fiziki şəxs sahibkar, hüququ şəxslrə bütün növ bank hesabları açır;
• Müştərilər üçün çek kitabçalarını açmaq və bu kitabçalar vasitəsilə nəgd pul çıxarılması üzrə müştəriyə xidmət göstərmək;
• Nağdsız hesablaşmalar üzrə icra sənədlərini yoxlayır və icra edir;
• Kommunal ödənişlərin qəbulu həyata keçirir;
• Rabitə ödənişlərinin qəbulu və icrasını həyata keçirir;
• Depozitçilərin ( əmanətçilərin) kredit sifarişini icra edir və depozitdən kreditin verilməsini təmin edir;
• Təcili pul köçürmələrilə bağlı əməliyyatlar aparır;
• Müştərilərə müraciət əsasında arayışlar verir;
• Gün ərzində edilmiş əməliyyatların müxabirləşmələrini balansda əks etdirilməsini həyata keçirir;
• Karyer plan üzrə hər növ məhsulların limitlər üzrə satışını  həyata keçirir;
• Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarını həll və icra edir;

CV-ləri  Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionu -  satış mütəxəssisi  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

3. Qrup rəhbəri

Vəzifəyə dair tələblər

• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
• Ən azı 2 il kredit sahəsində iş təcrübəsi
• Bank işini tənzimləyən  qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmaq
• Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olmaq
• Qrup üzvlərinin işlərini planlaşdırma və işləri təşkil etmə bacarığına malik olmaq
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlayır

Əsas vəzifələr

• Banka müraciət etmiş potensial müştərilərlə görüşlər keçirmək
• Bankdan kənarda yerləşən müştərilərin bankla əməkdaşlıq etmələri üçün tədbirlər həyata keçirmək 
• Qruprda işləyən işçilərin root plana uyğun fəaliyyətlərini planlamaq, təlim keçirilməsini təmin etmək;
• Root plan üzrə ərazi bölgüsünü həyata keçirmək,işçilər tərəfindən root planın icra ediməsinə nəzarət etmək;
• Birbaşa çarpaz satış üsulunu kredit işçiləri tərəfindən keçirilməsini təmin etmək;
• Fəaliyyət göstərdiyi filialın kredit fəaliyyətinə nəzarət;
• Kredit dosyelərinin vəziyyətinə nəzarət ;
• Monitorinq planına əsasən işçilər tərəfindən monitorinqlərin vaxtında keçirilməsinə nəzarət;
• Qrup tərkibində biznes proseslərə nəzarət etmək;
• Qrup tərkibində olan işçilərin məbləğ və vaxt limitlərinə nəzarət etmək;
• Filialin kredit ve qeyri kredit planlarinin yerinə yetirilməsini təmin etmək;
• İşçilərin işlərini bankdaxili və Mərkəzi Bankın prosedur qaydalarına uyğun icra etmələrinə nəzarət etmək
• İşçilərlə birgə müştərilərə vizit, biznesin təhlili, filialların kredit komitələrində mütləq səs hüquqlu iştirak
• Gecikdirilmiş kreditlərin qaytarılması ilə bağlı görülən işlərin təşkili və rəhbərlik edilməsi
• Fəaliyyət göstərdiyi filialda işçilərə, onların işinə və kredit portfelinə nəzarət,ehtiyac olacağı təqdirdə rəhbərliyə rəylər hazırlamaq;
• İşçilərin sərbəst şəkildə işləmələrinə nəzarət, onlarla bağlı təkliflərin rəhbərliyə verilməsi
• Təhkim olunmuş yeni işçilərin təlimi və onlıar haqqında rəyin verilməsi,
• Fəaliyyət gostərdiyi filialda satish işçilərinə ve onlarin işinə nəzarət;
• Yaxşı ve zəif işçilərin təlimatinin yazilmasinin təklifini filial mudirinə vaxtlı vaxtinda vermək;
• Gecikdirilən kredit ödənişləri ilə bağlı müştərilərlə əlaqə saxlanılması işinin təşkili;
• Qeyd olunan kredit portfelinin problemli hissəsinin idarə olunması və onun sağlamlaşdırılaraq normal portfelə qaytarılması işinin təşkili və bu işə rəhbərlik;

CV-ləri  Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionlar;  - Qrup rəhbəri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

4. Xəzinədar

Vəzifəyə dair tələblər

- Ali təhsilli 
- Bankda kassir üzrə stajı olan namizədlərə üstünlük verilir
- Ünsiyyətçilik,vicdanlılıq,təşəbbüskarlıq
- Komandada işləmə bacarığı
- Analitik zəka,müştərilərlə işləmə qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti

Ən sərfəli kredit üçün müraciət et

Əsas vəzifələr

- Filial müdiri və baş mühasibin iştirakı ilə  mövcud qanunvericiliyə uyğun  xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
- Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
- Xəzinə mədaxil  və məxaric sənədlərini icra etməzdən əvvəl  onun tam doldurulması  və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına    təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri  və baş mühasibinin iştirakı ilə  sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
- Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq  və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət  daşıması;

CV-ləri Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionu-  xəzinədar  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Əməliyyat menceri – Baş mühasib

Namizədə tələblər

- Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Mərkəzi bankın normativ aktları və təlimatları haqqında biliklərə malik olması; ;
- Minimum baş mühasib vəzifəsində  iki il təcrübə;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

İş barədə məlumat

- Gün ərzində aparılmış bütün əməliyyatlar üzrə elektron bazaya yığılmış mühasibat yazılışlarının tamlığına və düzgünlüyünə nəzarət edilməsi  və müəyyən olunmuş limit çərçivəsində onların  təsdiq edilməsı (verifikasiya).
- Filialda kreditlərin rəsmiləşdirilməsi ilə bağlı tələb olunan sənəd paketinin  tamlığı,  tərtib olunmuş  kredit müqaviləsinin düzgünlüyünün  yoxlanılması və kredit müqaviləsinin hər bir səhifəsində imza etməklə təsdiq edilməsi.
- Müştərilərə yeni açılmış hesabların bankdaxili prosedurlara və proqram təminatının tələblərinə uyğun tam formatda filialın elektron bazasına daxil edilməsi. 
- Filialın gündəlik balansının proqramda açılması, xarici valyutaların rəsmi məzənnə kurslarının proqrama daxil etməsi, avtomatik əmələ gələn müxabirləşmələr rejiminin keçirilməsi, filiallararası hesablaşmalar üzrə qalıqların yoxlanılmasından sonra filialda əməliyyat gününün bağlanması, əməliyyat günü ərzində aparılmış əməliyyatların ilkin sənədlərlə üzləşdırılməsı, bağlanmış balansın çap edilmiş variantının imzalanması , imza üçün filial müdirinə təqdim edilməsi və əməliyyat gününün bütün elektron məlumatlarının təyin olunmuş vaxtda Baş Banka ötürülməsinin təmin edilməsi. 
- Əməliyyatçılar tərəfindən balansdankənar hesablarda aparılan əməliyyatlara nəzarət, balansdankənar hesabların qalıqlarının ayda bir dəfədən az olmamaqla qiymətlilərin çeşidinin sayı ilə üzləşdirilməsini icra etmək.
- Filialın elektron bazasında kredit kataloqu üzrə ehtiyat məbləğinin balans məbləği ilə üzləşdirməklə müntəzəm olaraq yoxlanması.
- Filialın əməliyyat günü bağlandıqdan sonra gün ərzində aparılmış bütün əməliyyatlar üzrə bazaya yığılmış məlumatların mütləq qaydada elektron arxivləşməsini həyata keçirmək,  təqvim ili başa çatdıqdan sonra isə Filialın elektron bazası imzalarla təsdiq olunmuş aktla Maliyyə Departamentinə təhvil verilməsini təmin etmək. 
- Filialın elektron bazasının hər rübün nəticəsinə ğörə Əməliyyat Departamentinə təhvil verilməsini təmin etmək.
- Təsdiq olunmuş limitlər çərçivəsində aparılmış əməliyyatlar üzrə Kredit və Depozit Dosyelərinin, əqdlər üzrə sənədlər paketinin, “günün sənədləri”nin və balansının filialda salamat qorunub saxlanmasının təmin edilməsi, həmçinin təqvim ilinin sonunda bütün balans və “günün sənədləri”nin təhvil –təslim aktı ilə Bankın arxıvınə təhvil verilməsinin icra edilməsi. 

CV-ləri Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionu  – baş mühasib  mövzusu [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

6. Filial müdiri

Vəzifəyə olan tələblər
• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı 
• Vətəndaş qüsursuzluğuna malikolma;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hesabatın hazırlanması və yazışma bacarığı;
• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Etikalı olmaq;
• Mərkəzi Bankın bütün təlimatları  haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
• Kredit  prosesinin  təşkili üzrə bacarıqlara malik olması;
• Bu sahədə  dörd  illik təcrübəyə malik olması;
• Filialın  işlərini planlaşdırma bacarığına malik olması;

 Əsas vəzifələr

• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
•  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirimək;
• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşımaq;
• Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirmək;
• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət etmək;

CV-ləri Qusar, Xaçmaz, Qəbələ, Şamaxı, Lənkəran regionu  - filial müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et