Filial şəbəkəsinin həcminə görə bankların renkinqi | Banco.az

Filial şəbəkəsinin həcminə görə bankların renkinqi

Filial şəbəkəsi  - Bankların müştərilərə təqdim etdiyi xidmətlərin daha əlçatan olması baxımından olduqca əhəmiyyətli meyardır. Düzdür, filial sayının çoxluğu hələ xidmət keyfiyyətinin yüksəkliyinə dəlalət etmir. Filialların sayı kimi, ən vacib nüans işçi heyətinin peşəkarlığı, bank səriştəsi, personalın daima gülərüz olması və müştərini həqiqətən məmnun sala bilməsidir ki, bu zaman həm təklif olunan məhsul və xidmətlərin dəyəri, həm də onların keyfiyyəti mühüm rol oynayır.

Amma hamı istər ki, xidmət olunduğu bank filialı onun iş yerinə və ya yaşadığı yerə daha yaxın olsun. Lakin, onlayn bankçılığın və qabaqcıl texnologiyaların - ödəniş terminalları, “cash in” cihazları və müasir ATM-lərin  inkişafı ilə şəhərlərdə bank filiallarının sıxlığına ehtiyac azalır. Lakin regionlardakı əhali hələ də maliyyə xidmətləri ilə yetərincə təmin olunmayıb.

Bununla yanaşı bankların öz filial şəbəkəsini genişləndirməsinə rəğmən ölkədə məcmu kapital tələbəni yerinə yetirə bilməyən banklar vardır ki, onların bağlanma ehtimalı hələ də aktualdır və bu da bank filiallarının sayında özünü mənfi cəhətdən göstərə bilər. Məsələn 2012-cü ildə iflas edən RoyalBank-ın kifayət qədər geniş filial şəbəkəsi var idi, hətta bu filiallardan bir neçə 24 saat müştərilərə xidmət göstərirdi.  Beləliklə bir tərəfdən banklar filial şəbəkəsini genişləndirməyə çalışdığı halda, digər tərəfdən bəzi bankların sıradan çıxma ehtimalı filialların ümumi sayında təsirsiz ötüşməyəcək.

Sizi hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bankların filial şəbəkəsinin həcmi ilə tanış etmək istərdik.

Cədvəldə bankların Baş ofisləri nəzərə alınmamış, yalnız filial, şöbə və nümayəndəliklərin sayı əsas götürülmüşdür.

Bu sırada ilk pillədə Kapital Bank, daha sonra Beynəlxalq və Zamin Bank (filial və şöbələrin birlikdə sayına görə) gəlir.  Əgər bank şöbələrini deyil, təkcə filial sayını əsas götürsək, onda bu sırada AccessBank yalnız Kapital Bankdan geri qalaraq, 2-ci pillədə yer alır.  

Sıra

Bankın adı

Filial şəbəkəsi

Şöbə və nümayəndəlik

Toplam

Cəm

Bakı

Regionlar

Cəm

Bakı

Regionlar

1

Kapital Bank

91

23

68

28

26

2

119

2

Beynəlxalq Bank

36

15

21

42

13

29

78

3

Zamin Bank

38

20

18

18

9

8

56

4

Bank Technique

32

19

13

16

9

7

48

5

AccessBank

40

15

25

     

40

6

Muğan Bank

33

23

10

7

2

5

40

7

Bank Respublika

33

11

22

2

2

 

35

8

Unibank

34

21

13

     

34

9

Dəmir Bank

32

13

19

     

32

10

Xalq Bank

23

5

18

     

23

11

Bank of Baku

23

15

8

     

23

12

AG Bank

23

16

7

     

23

13

Amrah Bank

21

13

8

1

1

 

22

14

Rabitə Bank

20

7

13

2

 

2

22

15

Ata Bank

19

10

9

2

1

1

21

16

Nikoil Bank

18

13

5

     

18

17

Para Bank

17

8

9

     

17

18

KredoBank

15

6

9

     

15

19

Bank of Azerbaijan

15

8

7

     

15

20

Yapı Kredi

13

11

2

2

2

 

15

21

Atra Bank

13

10

3

2

2

 

15

22

Ekspress Bank

14

6

8

     

14

23

Bank Standard

13

10

3

     

13

24

Turan Bank

12

6

6

1

 

1

13

25

AFB Bank

9

6

3

4

3

1

13

26

NBC Bank

11

7

4

     

11

27

Bank BTB

10

10

       

10

28

ASB Bank

9

5

4

1

1

 

10

29

Deka Bank

7

5

2

2

2

 

9

30

Bank Silk Way

5

3

2

1

1

 

6

31

United Credit Bank

5

3

2

     

5

32

Gəncə bank

3

 

3

2

1

1

5

33

VTB Bank

4

4

       

4

34

Azər Türk bank

4

2

2

     

4

35

Paşa Bank

3

3

       

3

36

Qafqaz İnkişaf Bankı

3

1

2

     

3

37

Bank Avrasiya

1

 

1

     

1

38

Naxçıvan Bank

1

1

       

1

39

AzərKredit Bank

     

1

1

 

1

40

GünayBank

Filial və şöbələri yoxdur

41

Bank Milli İran

42

EuroBank

Ən sərfəli kredit üçün müraciət et

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir

Könül Soltanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et