Fevralda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb | Banco.az

Fevralda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Cari ilin fevralında Azərbaycana idxal olunan avtomobillərin sayı 4795 ədəd, dəyəri isə 46 milyon 668 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 7-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4381-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 398-i yük daşımaq üçün, 9-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram