Fərqli ölkələrdə uşaqları - PULLA DAVRANIŞA – NECƏ ÖYRƏDİRLƏR | Banco.az

Fərqli ölkələrdə uşaqları - PULLA DAVRANIŞA – NECƏ ÖYRƏDİRLƏR

İnsanın maliyyə davranışları kiçik yaşlarından, uşaqların cib xərcliyini necə xərcləməsindən və bankların, kreditlərin, əmanətlərin mövcudluğundan xəbər tutanda formalaşır. Müxtəlif ölkələrdə uşaqları pullarla rəftara fərqli qaydada öyrədirlər. 

Həmin üsulları təqdim edirik.

ABŞ

Amerikalı yeniyetmələrin çoxu cib xərcliyini tətillərdə və məktəbdən sonra özləri qazanırlar. Hər bir ştatın qanunvericiliyində işləməyə başlama yaşı dəqiq göstərilib. Məsələn, NYu-Cersi ştatında uşaqlar 12-yaşından işləyə bilərlər. Onlar qəzet paylaya, fermerlik və bağbanlıqla məşğul ola, uşaqlara baxa, teatr tamaşalarında oynaya bilərlər. 14 yaşdan sonra isə satıcı, çimrlik zilasediciləri, təmizlik işçisi kimi özünü sınamaq olar. 16 yaşdan yuxarı yeniyetmələr isə avtomobil və digəm mexanizmlərlə bağlı peşələri mənimsəyə bilərlər. Əgər uşaqlar ildə 4 min dollardan artıq qazanırlarsa, vergi ödəməlidirlər.

Məktəb pulları - classroom cash

Amerikanın bəzi məktəblərində uşaqlar dərsdəki aktivliyə görə, oyuncaq pullarla - classroom cash-la mkafatlandırılırlar. Bu pullarla müəllimin özünün təşkil etdiyi lotereyada iştirak etmək olar. Burada adətən şirniyyat, dəftərxana malları və ya boş vaxtlarında kompüter oyunları oynamaq üçün kuponlar udmaq olar. Hər uşaq özü həll edir ki, lotereyaya nə qədər pul xərcləyəcək.  Pul nə qədər çox olsa, uduş şansı da böyük olur.

Dövlət və özəl məktəblərdə təhsil alan uşaqlar isə hərdən  «Junior Achievement» mərkəzlərinə gəlirlər. Bu təşkilat gənclərə və uşaqlara şəxsi maliyyə, iş və biznes haqqında əlavə məlumatlar verir. Məsələn, ibtidai sinif şagirdlərini biznes şəhərciyə ekskursiyaya aparırlar — bura əslində ryun parkıdır, amma hər şey təbbi görünür. Şəhərin müəssisələrində məktəblilər «işləyir» - bank idarə edir, kafedəki kassalarda oturur və hətta mer seçkilərində səs verirlər. Uşaqlar parkda nə işlə məşğul olacaqlarını və hansı vəzifədə çalışacaqlarını əvvəlcədən seçirlər. Bunun üçün onlar ərizə yazır, müsahibədən və ixtisas uyğunluq testlərindən keçirlər. Şəhərcikdə uşaqlara debet kartı və çek kitabçası verilir ki, gen ərzində ödəniş edə bilsinlər.

Türkiyə - pulu qohumlar verir

Türkiyədə uşaqlara pul hədiyyə etmək adəti var. Adətən onlara pulu böyük qohumlar verir. Təşəkkür və hörmət əlaməti olaraq uşaqlar böyüklərin əllərini öpürlər. Pul hədiyyəsini lap kiçik uşaqlara da verirlər. Valideynlər bu pulu saxlayıb uşaqlara hədiyyə alırlar.

İsveç – biznes dərsləri

İsveç məktəblərində maliyyə biliklərini uşaqlar yuxarı siniflərdə alırlar. 9-cu sinifdən sonra uşaqlar kollecə – gimnaziyaya keçir və istiqamət seçirlər. İqtisadi təhsil almaq istəyən şagirdlərə biznesi açıb inkişaf etdirməyi də öyrədirlər. Bu istiqamətdə böyük işlər görülür — şagirdlər özləri kiçik müəssisələr açır, müəllimlər isə onlara pullarla necə yaxşı rəftar etməyi öyrədirlər».

Böyük Britaniya – uçaqlar üçün onlayn hesablar

Maliyyə savadlılığı 2014-cü ildən etibarən Britaniya məktəblərində vacib fəndir. Orta məktəbin şagirdlərinə kredit və debet kartları, kreditlər, istiqrazlar və vergilər haqqında məlumat verirlər. Eləcə də müəllimlər onlara pullarla necə yaxşı rəftar etmək, onları necə yığmaq və gələcəkdə maliyyə qərarlarını verməyi öyrədirlər. Yeri gəlmişkən, Britaniyada cib xərcliyi kimi nağd pul saxlamaq dəbdə deyil. «Censuswide» araşdırma şirkətinin araşdırmasına görə, valideynlərin 25%-i cibxərcliyini uşaqların onlayn hesablarına köçürürlər ki, onlar məsələn, «iTunes» və ya «Xbox»da ödəniş etsinlər.

Ən sərfəli kredit üçün müraciət et

Çin – riyaziyyət dərsində maliyyə tapşırıqları

Çin məktəblərində maliyyə savadlılığı dərsləri yoxdur. Amma hələ ilkin məktəbdəki riyaziyyat  dərslərində uşaqlar pullar haqqında danışır və yüngül maliyyə tapşırıqlarını həll edirlər.

Çin xalqında cib xərcliyi ilə bağlı köhnə adət var. Yeni il ərəfəsində valideynlər və uşağın nənə-babası uşaqlara içində pul olan qırmızı zərf verirlər. Əfsanəyə görə, belə zərflər uşağı qoruyur və uğur gətirir. Hər uşaq təqribən 20 dollar mükafat alır. Adətən bu pulu necə xərcləməyə uşaqlar özləri qərar verirlər.

Almaniya – həftədə 0,5 avro, ayda 45 avro limit var

Alman məmurlar cib xərcliyi məsələsini tənzimləməyə qərar veriblər. Həddi-buluğa çatmayanların işi üzrə idarə rəsmi açıqladığı tövsiyədə uşaqlara nə qədər cibxərcliyi verilməli olduğunu göstərir. Burada göstərilir ki, məktəbəqədər 4-5 yaşlı uşaqlara həftədə 0,5 avro, 10-11 yaşlılara ayda 13-16 avro, 16-17 yaşlı yeniyetmələrə isə ayda 45 avro cibxərcliyi verilməlidir. İdarə valideynlərə məsləhət görür ki, bu pulu şagirdlərə bütöv versinlər ki, onlar öz maliyyələrini bölüşdürməyi öyrənsinlər və xərclərini planlaşdırsınlar. Əlbəttə ki, bu məcburi qaydalar sayılmır, amma hökumət təkidlə msələhət görür ki, uşaqlara həddən artıq pul verilməsin ki, imkansız ailələrdən olan uşaqlar  özlərini pis hiss etməsinlər.

Niderland – uşaqla maliyyə müqaviləsi

Niderlandda da dövlət uşaqlar və yeniyetmələrə nə qədər cibxərci verilməsi ilə bağlı tövsiyyələr hazırlayıb. Buradakı məbləğər alman məktəblərindən çox da fərqlənmir. 6-8 yaşlı uşaqlara həftədə 1-2 avro, 12-13 yaşlılara ayda 15-20 avro, 17 yaşlılara ayda 26 avro vermək tövsiyə edilir. Tövsiyədə yazılıb ki, cib xərcliyini şəraitdən və uşağın davranışından asılı olmayaraq həmişə eyni vavaxtda vermək lazımdır – bu maaş deyil və uşağı cəzalandırmaq üçün vasitə də ola bilməz. Niderlandlı valideynlərə hətta təklif edilir ki, uşaqla müqavilə də bağlasınlar. Bu müqavilədə göstərilə bilər ki, məsələn uşaq pulu nəyə xərcləy bilməz.

İsveçrə - məktəbdə pulu saymaq dərsləri

İsveçrə məktəblərində təlim proqramı kantonlar arasında fərqlənir. Məsələn, Sürixdə pulu saymağı 2-ci sinfin riyaziyyat dərslərində öyrədirlər. Yerli sakinlər uşaqlarda müsğəqilliyi tərbiyə etməyə çalışarlar. Məktəb də valideynlərdən xahiş edir ki, dərslərə qarışmasınlar və uşaqlar özləri xahiş etməyənə qədər onlara dərslərində kömək etməsinlər.

«Biz öz təşəbbüsümüzlə uşaqları mağazada ödəniş etməyə öyrədirik. 5-6 yaşdan etibarən uşaqlara həftədə 2 frank ib xərcləyi veririk. Onlar çörək və başqa xırda alışlar üçün mağazaya gedirlər» -deyə valideynlər bildirirlər.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et